AZ

Türkiyədə Ronaldoya mum heykəl qoyuldu - VİDEO

Türkiyənin Trabzon vilayətinin turizm mərkəzi olan Uzungöldə hotel və turizm operatoru Mehmet İnan öz biznesi üçün dünyaca məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldonun mum heykəlini düzəltdirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İş adamı Ronaldonu Uzungölə dəvət edib. O, heykəli xüsusilə Körfəz ölkələrindən gələn ziyarətçilərin və müştərilərin diqqətini çəkmək üçün hazırlayıb.

"İstirahət edənlər və bölgəyə gələn qonaqlar Ronaldonun mum heykəlini ilk baxışdan gerçək olduğunu düşünürlər. Müştərilər yalnız yaxından baxdıqda bunun reallıq olmadığını fərq edirlər, heykəllə xatirə şəkli çəkdirirlər," - İnan bildirib.

 


Bizim.Media 
 

Seçilən
8
7
bizim.media

8Mənbələr