AZ

Tanışlarını bıçaqlayan sərxoş gənc qərardan narazı qalıb

Tərtərdə tanışlarını bıçaqlamaqda təqsirləndirilən Tamerlan Yusiblinin barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.
 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

İttihama görə, hadisə 10 may 2023-cü il tarixdə, saat 23 radələrində Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” adlı kafenin qarşısında qeydə alınıb.

 
Belə ki, 2004-cü il təvəllüdlü Tamerlan Yusibli sərxoş vəziyyətdə olan zaman zarafata görə tanışları Cəsarət Abışov və Rüfət Məmmədlini bıçaqlayıb.
 

Hadisədən sonra o, polis əməkdaşları tərəfindən saxlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 7 Oktyabr 2024, 08:38   
Seçilən
26
pravda.az

1Mənbələr