AZ

Qaxda qəza zamanı bir nəfər ağır xəsarət alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qaxda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunda baş verib. Qəza zamanı bir nəfər - rayonun Şotavar kənd sakini 1995-ci il təvəllüdlü Bilal Paşa oğlu Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
B.Məmmədova Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Şəki RMX-yə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
24
42
oxu.az

10Mənbələr