AZ

Araz Su Elektrik Stansiyası SES əsaslı təmir olunacaq

Araz Su Elektrik Stansiyası (SES) əsaslı təmir olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, təmirlə bağlı layihələndirilmə işlərinə başlanılır.

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti bu istiqamətdə hazırlıqlara start verib.

Xidmət SES-in əsaslı təmiri ilə bağlı layihələndirilmə və müayinə xidmətinin 1.752.666,39 manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Araz SES Babək rayonu ərazisindəki Araz su anbarının üzərində yerləşir. SSRİ dövründə Azərbaycan SSR ilə İran arasındakı razılaşma əsasında 1964-1970-ci illərdə inşa olunan SES 1971-ci ildə istismara verilib.

Seçilən
12
1
iqtisadiyyat.az

2Mənbələr