Krımda, Feodosiyada neft anbarı yanır.
Publika.az xəbər verir ki, Rusiya agentlikləri bu barədə yerli hakimiyyət orqanlarına istinadən bildirirlər. Hakimiyyət yanğının səbəbini açıqlamasa da, bir neçə saat əvvəl hər iki tərəfin teleqram kanalları Ukrayna pilotsuz təyyarələrinin Krıma hücumu barədə məlumat yayıb.
“Feodosiya neft bazasında yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin ekipajları işləyir, tələfat və xəsarət alan yoxdur”, - Feodosiya administrasiyasının Rusiya agentlikləri tərəfindən yayılan mesajında deyilir.
Müxtəlif ölçülü 32 çəni olan neft anbarı, peyk xəritələrinə görə, Feodosiyanın şərq kənarında yerləşir.