Krımın Feodosiya şəhərindəki neft bazası yanır.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, ötən gecə bazaya Ukrayna PUA-larının hücumu qeydə alınıb.
Məlumatda deyilir ki, yerli “hakimiyyət” xəbəri təsdiqləyib və “baş nazirin müavini” İqor Mixayliçenko hadisə yerinə gedib.
Həmçinin, Krımdakı Saki hərbi aerodromunun ərazisində 7 güclü partlayış baş verib. Aerodromdakı təyyarələr havaya qaldırılıb. Simferopolda və ətraf ərazilərdə də partlayış səsləri eşidilib. Ümumilkdə Krımın bütün ərazisində hava təhlükəsi elan edilib.
“AzPolitika.info”