AZ

Ən qədim canlı mikroblar 2 milyard illik qayada tapıldı

Yazını böyüt
Yazını kiçilt

Alimlər 2 milyard illik qayada ən qədim canlı mikrobları aşkar ediblər. Bu günə qədər tapılan canlı mikrobların ən qədim nümunələrinin yer aldığı yeni tədqiqat təkcə Yerdə deyil, Marsda da həyatın tarixinə işıq sala bilər.

Hafta.az-ın “Popular Science”a istinadən yazdığına görə, zaman-zaman yer səthindən metrlər aşağıda mikroblar kimi orqanizmlərin uzun müddət yaşaya biləcəyi mühitlər əmələ gəlir. Çox yavaş inkişaf edən bu kiçik orqanizmlər hətta milyonlarla il yaşaya bilirlər.

Cənubi Afrikada aparılan yeni araşdırmalar, əvvəllər aşkarlanmış canlı mikroblardan demək olar ki, 1,9 milyard il yaşlı orqanizmləri aşkar edib. Tədqiqat aparan qrup mikrobları Buşveld Maqmatik Kompleksində tapıb. Cənubi Afrikadakı kompleks milyardlarla il əvvəl maqmanın Yer səthinin altında yavaş-yavaş soyuması nəticəsində yaranıb.

Demək olar ki, İrlandiya ölçüsündə olan ərazi dünyanın ən zəngin mineral yataqlarına ev sahibliyi edir. Bundan əlavə, dünyada hasil edilən platinin təxminən 70 faizi buradan çıxarılır.

Buşveld Maqmatik Kompleksi yarandığı gündən bəri əsasən dəyişməz qaldığından qədim mikrobların yaşaması üçün əlverişli mühit təmin edir.

Qazma ilə tədqiqatçılar yerin 15 metr dərinliyindən təxminən 30 santimetr uzunluğunda və 2 milyard il yaşı olan qaya nümunəsi çıxarıblar. Sonra gil yatağı ilə ətrafdan təcrid olunmuş qaya üzərində yaşayan mikrobları görüblər.

“Microbial Ecology” jurnalında dərc olunan araşdırmanı aparan qrup, mikrobların uzun illərdir qayada yaşadığını və qazma zamanı bu səthə gəlmədiyini müəyyənləşdirmək üçün müxtəlif görüntüləmə üsullarından istifadə edib.

Tədqiqatçılar DNT-lərini ləkələdikləri mikrobların zülal tərkibini və onları əhatə edən gil çöküntülərini araşdırıblar. Bununla da orqanizmlərin həm canlı olduğunu, həm də 2 milyard illik qayanın onların işləri zamanı çirklənmədiyini təsdiq ediblər.

Tokio Universitetindən Yohey Suzuki aparıcı müəllifi olduğu tədqiqatın nəticələri haqqında deyir: “2 milyard illik qayaların həyat üçün yararlı olub-olmadığını bilmirdik”.

Bu günə qədər canlı mikroorqanizmləri ehtiva edən ən qədim geoloji təbəqə okean dibinin altındakı 100 milyon illik çöküntü idi. Beləliklə, bu çox həyəcanverici kəşfdir.

Tədqiqatçılar bu nümunələri daha ətraflı tədqiq etməklə Yerdəki həyatın mənşəyi haqqında daha dolğun məlumat əldə etməyə ümid edirlər. Digər tərəfdən, yeni tapıntıların digər planetlərin tarixinə də işıq salması mümkündür.

NASA-nın Perseverance vasitəsinin Marsdan yeni tapılan qayanın yaşına yaxın nümunələr gətirməyə hazırlaşdığını söyləyən Suzuki əlavə edir: “Yerdən 2 milyard il əvvələ aid nümunələrdə mikrob həyatı tapmaq və onların reallığını dəqiq şəkildə təsdiqləyə bilmək məni Marsdan nümunələrdə növbəti dəfə nə tapa biləcəyimizə görə həyəcanlandırır”.

Seçilən
39
1
hafta.az

2Mənbələr