AZ

Bu il əmək qanunvericiliyi tələblərinin 2 128 halda pozulması faktı aşkarlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin doqquz ayında işəgötürənlər tərəfindən 2 128 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmət aşkarlanan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görüb:

“Xidmətin elektron sistem üzərindən həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı aşkar edilən həmin hüquq pozuntuları daha çox işçilərin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi, əmək haqqının və son haqq-hesabın ödənilməməsi, işçilərin icbari sığorta edilməməsi və əməyin mühafizəsi qaydalarının pozulması və s. ilə bağlı olub. Qeyd olunan hüquq pozuntularının hamısının aradan qaldırılması təmin edilib”.
Seçilən
5
4
sherg.az

5Mənbələr