AZ

ABŞ-də əhali həyəcan içində - Növbəti qasırğa xəbərdarlığı

ABŞ-ın Florida ştatı 227 nəfərin həyatına son qoyan Helene qasırğasından sonra ştatı vurması gözlənilən Milton qasırğası üçün tədbirlər görməyə başlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi Milton qasırğasının oktyabrın 9-da ştatın qərbindəki Tampa körfəzinə düşə biləcəyini açıqlayıb.

Mərkəz bildirdi ki, Milton Floridadan keçərkən qasırğa olaraq qala bilər.

Federal Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) Florida direktoru Kevin Guthrie verdiyi açıqlamada ştatın 2017-ci ildə İrma qasırğasından sonra ən böyük evakuasiyaya hazırlaşdığını bildirib.

Gülay
Seçilən
14
2
azxeber.com

3Mənbələr