AZ

Klub prezidenti istefa verib

Türkiyənin “Adana Dəmirspor” klubunun prezidenti Murat Sancak istefa verib.

“Cebheinfo.az” xəbər verir ki, o, klub prezidentliyi vəzifəsindən getdiyini açıqlayıb.

Murat Sancak bu barədə sosial şəbəkədə paylaşım edib. Klubun yeni prezidenti isə Bedirhan Durak olub. Yeni prezident bugündən etibarən vəzifəsinə başlayıb.

Qeyd edək ki, “Adana Dəmirspor” 8 tur ərzində Super Liqada qələbə qazana bilməyib. Komanda sözügedən oyunlarda 7 dəfə məğlub olub, 1 dəfə bərabərə qalıb.

Seçilən
4
cebheinfo.az

1Mənbələr