AZ

BİR İLDƏ 40 MİNDƏN ARTIQ İNSANI ÖLDÜRDÜLƏR... – İsrailin Qəzzada törətdiyi qətliamlar (FOTOLAR)

Bu gün HƏMAS-İsrail savaşının başlamasından bir il ötür. İsrail 7 oktyabr tarixində başlayan bu qanlı savaşda bir ildir ki, soyqırımlar törədərək İsrail on minlərlə günahsız insanın həyatına son qoyub. İsrailin bu qırğınları qadın və uşaqlar da daxil olmaqla minlərlə insanın ölümünə və yaralanmasına səbəb olub. İsrail ordusunun özünün dağıdıcı hərbi gücündən istifadə edərək, ABŞ-nin də dəstəyi ilə həyata keçirdiyi bu hücumlar Qəzza zolağında infrastrukturun geniş şəkildə dağılmasına və bütün yaşayış məntəqələrinin yaşayış üçün yararsız torpaqlara çevrilməsi ilə nəticələnib.

Son açıqlanan məlumata görə, 7 oktyabr 2023-cü ildən bəri İsrailin hücumları nəticəsində 17 mini uşaq və 11 min 378 qadın olmaqla 41 min 825 fələstinli ölüb, 96 min 844 nəfər yaralanıb. İsrail bir il ərzində Qəzza zolağında fələstinli ailələrə və köçkünlərə qarşı çoxsaylı yaddaqalan soyqırımlar törədib.

İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi qətliamları təqdim edirik:

Seçilən
26
azpolitika.info

1Mənbələr