AZ

Ronaldo tarixi bir uğura imza atdı

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda “Əl-Orubu” ilə matçda qol vurub.

Oxu24.com xəbər verir  ki, görüş 3:0 hesabı ilə "Əl-Nəsr"in xeyrinə başa çatıb. Ronaldo həm penaltidən qolu vurdu, həm də məhsuldar ötürmə etdi.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) məlumatına görə, Ronaldo yüksək səviyyədə keçirdiyi 600-cü oyununda qol vuraraq, bu həddə çatan ilk futbolçu olub. Portuqaliyalının ən yaxın izləyicisi Amerikanın “İnter Mayami” klubunda çıxış edən və 556 oyunda qol vuran argentinalı Lionel Messidir.

Sentyabrın 29-da məlum olub ki, Ronaldo 2026-cı ildə ABŞ,Kanada  və Meksikada keçiriləcək dünya çempionatına qədər əlavə oyun praktikası əldə etmək üçün “Əl-Nəsr”lə 2025-ci ildə başa çatacaq hazırkı müqaviləni yenidən imzalamağa hazırdır. 

2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu oldu.  Portuqaliyalı hücumçu komandanın baş məşqçisi Erik ten Haqla yaşanan gərginliyə görə “Mançester Yunayted”lə müqaviləsini pozduqdan sonra Səudiyyə Ərəbistanından kluba keçib.

 

Miri

 

Seçilən
8
oxu24.com

1Mənbələr