AZ

Yayda tərk etdiyi kluba qayıtdı

Nəhayət, Andre Ayyu özünə yeni iş yeri tapıb.

34 yaşlı futbolçu yayda tərk etdiyi kluba qayıdıb. O, “Havr” ilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Xatırladaq ki, Andre bu klubda ötən mövsüm çıxış etmiş, Liqa 1-də meydana çıxdığı 19 oyunda 5 qol vurmuşdu.

Qanalı vingerin daha əvvəl “Marsel”, “Loryan”, “Arl-Avinyon”, “Suonsi”, “Vest Hem”, “Fənərbaxça”, “Əl-Sədd” və “Nottingem Forest”də oynadığını da yada salaq.

Seçilən
25
football-plus.az

1Mənbələr