AZ

Rəcəb Tayyib Ərdoğan Bosniya və Hersoqovinaya başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Dost və qardaş Bosniya və Hersoqovinada baş verən daşqınlar nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyirəm".

Rəcəb Tayyib Ərdoğan rəsmi internet səhifəsində Bosniya və Hersoqovinada baş verən daşqınlarla bağlı paylaşım edib.

''18 nəfərin cəsədinin tapıldığı və 40 nəfərin tapılması iqtiqamətində axtarış-xilasetmə əməliyyatlarının aparıldığı Yablanika, Konjiç və Fojnitsa şəhərlərinə tacili humanitar yardım materiallarını çatdırdıq. Bölgəyə ilkin mərhələdə 96 generator, 60 konteyner, 168 çarpayı, 84 mətbəx dəsti, 1050 adyal, 1130 ərzaq bağlaması, 2 ton un, 10 nasos, gigiyena məhsulları,kondisioner, soyuducu göndərdik.Daşqınlardan zərər çəkən bosniyalı qardaşlarımıza ən xoş arzularımızı çatdırıram'',-deyə Türkiyə Prezidenti vurğulayıb.



Seçilən
22
trt.net.tr

1Mənbələr