AZ

Dünyanın ən çox qazanan liderləri onlardır - Siyahı

Sinqapurun Baş naziri Lourens Vonq dünyanın ən çox gəlir əldə edən lideri olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Bildirilir ki, onun illik qazancı 1,69 milyon dollar təşkil edir.

Reytinqin ikinci pilləsində İsveçrə Prezidenti Viola Amherd yer alıb. Onun illik gəliri 570 min dollardır.

Ən çox qazanan liderlər siyahısında üçüncü yerdə illik 412,5 min dollarla Avstraliyanın Baş naziri Entoni Albaniz qərarlaşıb.

ABŞ Prezidenti Co Bayden isə illik 400 min dollara çatan gəlirlə dördüncü pillədədir.

İlk beşliyi illik gəliri 317 min dollar təşkil edən Avstriya kansleri Karl Nehammer tamamlayıb.

Almaniya Kansleri Olaf Şoltsun isə illik gəlirinin 293 727 dollar olduğu qeyd olunub.

Seçilən
17
1
qafqazinfo.az

2Mənbələr