İspaniyanın vitse-çempionu "Barselona"nın cinah oyunçusu Ferran Torres sağ budunun əzələsindən zədə alıb.
"Operativ Media" xəbər verir ki, ispan futbolçu bir ay yaşıl meydanlardan kənarda qalacaq. O, oktyabrın 26-da La Liqada "Real"la keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Ferran Torres İspaniya çempionatının 9-cu turunun "Alaves"lə matçında zədələnərək 6-cı dəqiqədə əvəzlənib.
Almaniyalı Hans-Diter Flikin rəhbərlik etdiyi komanda polşalı hücumçu Robert Levandovskinin het-triki sayəsində "Alaves"i 3:0 hesabı ilə məğlub edib.