Qərbi Azərbaycan Gorus rayon icmasında ağsaqqallar və tələbə adını qazanmış gənclərlə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Youtube-da yerləşdirilib.
Görüşdə icma üzvləri Gorus rayonunun tarixindən, mədəniyyətindən, adət-ənənəsindən və bir neçə dəfə erməni vandallarının vəhşiliyi ucbatından yurd-yuvalarından didərgin düşməklərindən söz açıblar.
Tədbirdə tələbə adını qazanan gənclərə hədiyyələr, bəzi icma üzvlərinə isə vəsiqə və döş nişanları təqdim olunub.
Daha ətraflı videomaterialda:
Bizim.Media