AZ

“Milton” qasırğası Florida sahillərinə yaxınlaşır

“Milton”

Bakı, 7 oktyabr, AZƏRTAC

ABŞ-ın Florida ştatı növbəti təbii fəlakətə - Meksika körfəzi üzərindən ölkəyə yaxınlaşan “Milton” tropik qasırğasına hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Florida qubernatoru Ron Desantis ştatın bəzi rayonlarında fövqəladə vəziyyət rejimi elan edib.

“Milton” qasırğasının həftənin ortalarında Florida ştatının qərb sahilinə çatacağı gözlənilir. Ştatın fövqəladə hallar idarəsi əhalini 2017-ci ildə baş vermiş “İrma” qasırğasından sonra ən böyük təbii fəlakətə hazır olmağa çağırıb.

Qeyd edək ki, bir həftə öncə Floridanın şimal-qərbini vuran “Helen” qasırğası ştatda daşqınlara və dağıntılara səbəb olub. Qasırğa nəticəsində Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Tennessi və Virciniya ştatlarında 200-dən çox insan ölüb.

Tropik siklonlar isti okean suları üzərində formalaşır. Mütəxəssislərin fikrincə, qlobal istiləşmə güclü tufanların başvermə ehtimalını artırır. Atlantik okeanında qasırğalar mövsümü iyunun 1-dən noyabrın 30-dək davam edir.

Seçilən
11
azertag.az

1Mənbələr