"Barselona"nın ombasından xəsarət alan cinah hücumçusu Ferran Torresin komandasının sıralarına nə vaxt dönə biləcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Diario Sport" yayıb.
Xəbərə görə, Ferran 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, sözügedən oyunçu İspaniya çempionatının 9-cu turu çərçivəsində dünən "Alaves"ə qarşı keçirdikləri səfər oyununda (3:0) zədələnib. O, matçın 6-cı dəqiqəsində Erik Qarsiya ilə əvəzlənib.
Nihat