Bu gün 72 yaşını qeyd edən Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin başçılarını qəbul edəcək. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçısı günün birinci yarısında qeyri-ictimai iş görüşləri keçirəcək.
Olaylar bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın da MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakı gözlənilir.
Ermənistan mediası yazır ki, Paşinyan Moskvaya Putini təbrik etməyə gedəcək.
Onu da qeyd edək ki, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə gedib. (musavat.com)