AZ

Bu il UNEC-ə qəbul olan tələbələrdən 12 nəfəri Prezident təqaüdünə layiq görülüb

Bu

Bakı, 7 oktyabr, AZƏRTAC

2024-2025-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan tələbələrdən 12 nəfəri Prezident təqaüdünə layiq görülüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, builki Prezident təqaüdçüləri arasında ilk dəfə olaraq I ixtisas qrupu üzrə tələbə də yer alıb. Qəbul imtahanlarında 692,8 bal toplayan Nicat Şirinov Rəqəmsal iqtisadiyyat fakültəsinə informasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisası üzrə qəbul olub. Nicat Şirinov həm də universitet üzrə ən yüksək bal toplayan tələbədir.

Prezident təqaüdünü qazanmış digər 10 tələbə Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) maliyyə ixtisasına, 1 tələbə isə Maliyyə və mühasibat fakültəsinin maliyyə ixtisasına qəbul olub.

Seçilən
9
14
azertag.az

10Mənbələr