AZ

Ruhiyyə Əliyevanın "Qaranlıqda həqiqət"i

"Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva yeni layihəsi ilə ekranlara gəlir.
Bu barədə Ruhiyyə Əliyeva qısaca da olsa, saytımıza açıqlama verib:

 "Bu mənim çoxdanki ideyam idi. Neçə vaxt idi ki, bu barədə düşünürdüm. Azərbaycanın ən sayılıb-seçilən və savadlı, bir sözlə işıqlı insanlarının görünməyən tərəfləri, daxili aləmləri, insan və cəmiyyət haqqında fikirlərini bilmək məncə hamı üçün maraqlı olacaq. Həqiqəti söylamaq həmişə çətindir. Bəzən həqiqəti demək bizə əngəllər yaradır. Cəsarətli insanlar isə bundan qorxmur. "Qaranlıqda həqiqət" layihəsi məncə çox həqiqətləri işıqlandıracaq. Bu layihə üzərində böyük bir komanda işləyir. Komandamın hər bir üzvünə və qonaqlarıma şəxsən təşəkkür edirəm. Hər həftənin cümə günü, saat 21:30-da RTV kanalıda "Qaranlıqda həqiqət"i izləyə bilərsiniz. Əminəm ki, tamaşaçılar üçün çox maraqlı olacaq". Xatırladırıq ki, verlişin anonsu bu gün yayımlanacaq.

Seçilən
16
7
news24.az

8Mənbələr