AZ

“İlham Əliyev çox böyük miqyaslı, regional siyasətdən qat-qat yüksəkdə dayanan bir siyasətçidir” – Karen Şahnazarov

“Qərb sadəcə olaraq Cənubi Qafqazda Rusiyanın yerini tutmaq istəyir. Ermənistanın indiki rəhbərliyi təəssüf ki, qərbyönlüdür. Bu böyük səhvdir. Təəssüf ki, rəsmi İrəvan bu siyasətini bu gün də davam etdirir və bundan müəyyən dividendlər alacağını gözləyir. Amma Ermənistan regionda düşmənçilikdən başqa heç nə qazanmayacaq. Mən görürəm ki, Azərbaycan kifayət qədər müstəqil, suveren siyasət aparır”.

News365.az xəbər verir ki, bunu ictimai xadim, rejissor Karen Şahnazarov Rusiya mətbuatına müsahibəsində deyib.  O bildirib ki,  Türkiyəkifayət qədər müstəqil dövlətdir:

“Bu, Qərbin xoşuna gələ bilməz. Artıq hər kəsə bəlli olub ki, İlham Əliyev çox böyük miqyaslı, regional siyasətdən qat-qat yüksəkdə dayanan bir siyasətçidir. O, hər məsələyə öz baxışı, uzaqgörən siyasəti və  öz ideyası olan bir siyasətçidir. Bu, dövlət başçısı üçün əsas ideyadır. Yəni,  öz ölkəsinin suverenliyini və müstəqilliyini təmin etmək. Və mən deyərdim ki, İlham Əliyev bütün Cənubi Qafqazın strukturuna təsir edir və qonşu dövlətlər arasında sülhə nail olmağa  çalışır. Mənim fikrimcə, İlham Əliyev öz qarşısına xalqı üçün daha böyük uğurlar qazanmaq hədəfini qoyub. Bu mənada o, mənim birmənalı şəkildə hörmətimi qazanıb. Təəssüf ki, eyni şeyi onun erməni həmkarları haqqında demək olmaz”.

News365.az

 

Seçilən
17
news365.az

1Mənbələr