AZ

Rusiya kanallarına haker hücumu olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rossiya-1" və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə daxil olan digər telekanalların və radiostansiyalarının yayımı haker hücumu səbəbindən dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.
Qeyd olunub ki, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti bu günə qədər görünməmiş haker hücumuna məruz qalıb.
Hazırda onlayn yayım, daxili xidmətlər, hətta internet də işləmir. Bildirilib ki, serverlərdən hər şey, o cümlədən ehtiyat nüsxələr silinib. Problemin çox ciddi olduğu və bərpasının çox vaxt aparacağı qeyd olunur.
Seçilən
19
2
oxu.az

4Mənbələr