AZ

Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 39 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 227,7 manat təşkil edib.

AzNews.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,7 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 344,2 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 15,6 % çoxdur.

İkinci yerdə 308,8 manat olmaqla Abşeron hotelləri qərarlaşıb. Bu, ötən illin eyni dövrü ilə müqayisədə 83,1 % çoxdur.

Seçilən
17
aznews.az

1Mənbələr