AZ

Moskva şəhərində Beynəlxalq Sağlamlıq Turizmi sərgisi keçrilib — FOTOLAR

Oktyabrın 4 -6 tarixləri arasında Rusiya Federasıyasının paytaxtı Moskva şəhərində  Beynəlxalq Sağlamlıq Turizmi sərgisi keçirilmişdir.

Tədbirin əsas məqsədi ziyarətçiləri  stendlərdə  aparıcı xəstəxanalar, klinikalar, spa mərkəzləri və u ölkənin ən yaxşı tibb mütəxəssisləri ilə tanış etməkdən ibarət olmuşdur.

Türkiyə Palatalar və Birjalar İttifaqı, DEIK, Xidmət İxracatçıları Assosiasiyası və Türkiyə Səyahət Agentlikləri Assosiasiyasının dəstəyi ilə ALZ International tərəfindən təşkil olunan sərgi Radisson Slavyanskaya otelində reallaşdırılmıdır. Azərbaycan sağlamlıqb turizm sektorunu sözügedən tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasıyasının sədri Ruslan Quliyev və idarə heyətinin üzvü Aydın Məhərrəmli təmsil etmişdir. Sərgi müddətində AHTTSA stendində Azərbaycanda sağlamlıq turizmi imkanlarını, o cümlədən Naftalan, Duzdağ, Qalaaltı və digər təsislər haqqında ətraflı məlumatların əks olunduğu electron və reklam-çap məhsulları təqdim olunmuş və yerli mütəxəssislərin iştirakı ilə Azərbaycana  2025-ci ildə infoturların təşkil olunması nəzərdə tutulmuşdur.


Tədbirin ikinci günü Rysiya və MDB sağlamlıq turizm nümayəndələrinin iştirakı ilə B2B ikitərəfli peşəkar görüşlər təşkil olunmuşdur.


















Seçilən
15
4
demokrat.az

5Mənbələr