AZ

Türk dünyası gənc yazarlarının I Bakı forumu keçirilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının I Bakı forumu” layihəsi çərçivəsində forum keçirilib.

DGTYB-dən AZƏRTAC-a bildirilib ki, forumda Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən gəlmiş nümayəndələrin iştirakı ilə “Türk dünyası ədəbi-mədəni əlaqələrin inkişafı – yeni ideyalar, yeni çağırışlar” mövzusunda geniş müzakirələr aparılıb.

DGTYB-nin sədri, şair İntiqam Yaşar hesabat çıxışında “Türk dünyası gənc yazarlarının I Bakı Forumu” layihəsi çərçivəsində görülmüş işlərdən danışıb.

Tədbirdə çıxış edənlər Türk dünyasının gənc yazarlarını vahid ad altında toplamış Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonda DGTYB-nin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərə verdiyi informasiya dəstəyinə görə və təşkilatın 25 illik yubileyi münasibətilə bir sıra media qurumları təltif edilib.

Seçilən
4
1
azertag.az

2Mənbələr