AZ

Ceyhun Cəlilov Fuad Nəcəfliyə qarşıdır? - İLGİNC İDDİALAR...

"Özünü jurnalist adlandıran bu adam mənim onu bloka atmağımla və nəticədə söz haqqını məhdudlaşdırmaqla suçlayır. Düz deyir əslində, onu bloka atmışam. Amma bilirsiniz niyə? Çünki mənim Naxçıvanı FETÖ-çülərin və digər təhlükəli şəxslərin caynağına verən “canişin” əfəndiyə münasibətimi bilir və bundan istifadə edib paylaşımlarımın altına öz yaxın qohumu Ceyhun Cəlilovu tərifləyən, onun daxili rəqibi Ülvi Hüseynlini isə pisləyən rəylər yazırdı. Mən də bunun Ceyhun Cəlilovun tapşırığı ilə həyata keçirildiyini düşünüb həmin təxribatçı rəylər yazan adamı bloka atmışdım..."

Hurriyyet.az xəbər verir ki, bunu öz paylaşımında tanınmış jurnalist, "ovqat.com" saytının rəhbəri Heydər Oğuz qeyd edib.

Ceyhun

O daha sonra fikrini belə əsaslandırır: "“Canişin” əfəndi, sizə münasibətimi bilirsiniz. Bilməyənlər üçün bir daha burdan ifadə edirəm. Mən “canişin” əfəndinin hakimiyyətə gəldiyi ilk zamanlarda onu müdafiə edən olmuşam. Çünki Naxçıvanda “xan” həzrətlərindən qalan dövlət idarəçiliyi ilə bir araya sığmayan ənənələrlə mübarizə aparacağını düşünmüşəm. Amma sonra onun Ülvi Hüseynli, Ramiz Məmmədov və adını belə zikr etmək istəmədiyim bəzi “xan” qalıqlarını başına topladığını görüb Azərbaycan ali hakimiyyət orqanlarının bu təyinatda nə qədər yanıldığına qənaət gətirmişəm. Bundan sonra isə “canişin” həzrətlərini sərt şəkildə tənqidə başlamışam. Amma bu mövqeyim mənə imkan vermir ki, pula və ya hər hansı maddi, yaxıd mənəvi həvəsləndirməyə zəifliyi olan, türklər demişkən, yenik düşən “canişin”i və onun komandasını FETÖ partizanlarına yem edim. Məhz bu səbəbdən də öz qohumluq təəssübkeşliyi ilə mənim səhifəmdə Ceyhun Cəlilovun piarını aparanların təxribatçı fəaliyyətinə göz yummamışam və onları layiq olduqları yerə göndərmişəm.

Bənzər reaksiyanı da “canişin” əfəndidən gözləyirəm. Hər halda ayağının altı qazılan mən yox, “canişin” əfəndi və bir də Azərbaycan dövlətçiliyidir. “Canişin” əfəndi nə qədər Azərbaycan dövlətinin ordakı xüsusi nümayəndəsidir, zəhmət çəkib bu təhlükəsizlik tədbirlərini görməlidir..."

Zəruri qeyd: H.Oğuz "canişin" deyərkən Fuad nəcəflini nəzərdə tutur....

Seçilən
12
hurriyyet.az

1Mənbələr