AZ

Milli komandanın iştirak ərizəsindən çıxarılan futbolçu üç həftə yaşıl meydanlardan uzaq qalacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan millisinin heyətindən kənarlaşdırılan "Sabah" klubunun kapitanı Elvin Camalov təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə "Report"a klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.
29 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının IX turunda "Araz-Naxçıvan"la oyunda (1:1) zədələnib. Onun dirsəyində sınıq aşkarlansa da, əməliyyata ehtiyac olmayacağı bildirilib.
Qeyd edək ki, Elvin Camalovun əvəzinə milli komandaya Vadim Abdullayev dəvət edilib.
Seçilən
23
oxu.az

1Mənbələr