AZ

Moskvada keçirilən sağlamlıq turizmi sərgisində Azərbaycan da təmsil olundu - FOTOLAR

Moskvada keçirilən sağlamlıq turizmi sərgisində Azərbaycan da təmsil olundu - FOTOLAR

Oktyabrın 4-dən 6-dək Rusiya Federasiyasının paytaxtı Moskvada Beynəlxalq Sağlamlıq Turizmi sərgisi keçirilib.Azərbaycan Sağlamlı və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) sədri Ruslan Quliyevin AFN.az-a verdiyi məlumata görə, tədbirin əsas məqsədi ziyarətçiləri iştirakçı ölkələrin stendlərində aparıcı xəstəxanalar, klinikalar, spa mərkəzləri tərəfindən nümayiş etdirilən imkanlar və ölkələrin ən yaxşı tibb mütəxəssisləri ilə tanış etmək idi. Türkiyə Palatalar və Birjalar İttifaqı, DEIK, Xidmət İxracatçıları Assosiasiyası və Türkiyə Səyahət Agentlikləri Assosiasiyasının dəstəyi ilə "ALZ International" tərəfindən təşkil olunan sərgi "Radisson Slavyanskaya" hotelində reallaşdırılıb. Azərbaycan sağlamlıq turizm sektorunu AHTTSA sədri Ruslan Quliyev və idarə heyətinin üzvü Aydın Məhərrəmli təmsil edib. Sərgi müddətində AHTTSA stendində Azərbaycanda sağlamlıq turizmi imkanlarını, o cümlədən Naftalan, Duzdağ, Qalaaltı və digər təsislər haqqında ətraflı məlumatların əks olunduğu elektron və reklam-çap məhsulları təqdim olunub və yerli mütəxəssislərin iştirakı ilə Azərbaycana 2025-ci ildə infoturların təşkil olunması nəzərdə tutulub. Tədbirin ikinci günü Rusiya və MDB sağlamlıq turizm nümayəndələrinin iştirakı ilə B2B ikitərəfli peşəkar görüşlər də təşkil olunub.

Seçilən
6
4
afn.az

5Mənbələr