AZ

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası aprelin 11-nə təyin edilib

MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclasının gələn il aprelin 11-də Qazaxıstanda keçirilməsi planlaşdırılır. Bu barədə TASS-a Birlik İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

"Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2025-ci il aprelin 11-də Qazaxıstanda keçirilməsi ilə bağlı qərar qəbul edilib”, -  mətbuat xidməti məlumat yayıb.

MDB Xarici İşlər Nazirləri Şurası 1993-cü il sentyabrın 24-də xarici siyasət fəaliyyətini əlaqələndirmək, MDB ölkələrinin xarici siyasət və humanitar fəaliyyətlərində qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı təmin etmək məqsədi ilə yaradılıb. 
 
Hazırda bugün MDB xarici işlər nazirlərinin görüşü Rusiyada keçirilir. 
 
Aytac 

www.anews.az
Seçilən
23
4
anews.az

4Mənbələr