AZ

Ulduz futbolçuya çılğın təklif -

Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəssr” Kevin de Bruyneni heyətinə qatmaq üçün çılğın transfer büdcəsi ayırıb. Metbuat.az xəbər verir ki, “Əl-Nəssr”"Mançester Siti" ilə müqaviləsi gələn mövsüm başa çatacaq belçikalı ulduz üçün təklif irəli sürüb. Bildirilib ki, “Əl-Nəssr” futbolçuya həftədə 1 milyon avro qazana biləcəyi müqavilə təklif edib. Qeyd edilir ki, Pep Qvardiolanın "Mançester Siti” ilə müqaviləsinin müddətini uzadıb-uzatmayacağı məlum olmadığı üçün futbolçu klubdan ayrıla bilər.

Qeyd edək ki, bu mövsüm komandası ilə 6 oyuna çıxan belçikalı futbolçu 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Kevin De Bruyne Çempionlar Liqası da daxil olmaqla, karyerası ərzində ümumilikdə 24 kubok qazanıb.

Seçilən
20
metbuat.az

1Mənbələr