AZ

Deputat Əli Kərimlini və "başı dərililəri" ifşa etdi

"Azərbaycana qarşı informasiya savaşında düşmənlərimizə elə onlar qədər "ləyaqət"lə xidmət edən birindən sitat gətirəcəyimə görə sizdən üzr istəyirəm. Amma gətirəcəyim sitat onun satılmışlığın hansı dərinliyində olduğuna heytətləndiyim üçün deyil. Bu, artıq çoxdan mənə də, sizə də bəllidir.Sadəcə, məni heyrətləndirən Əli Kərimli kimisinin vətəndaşı olduğu dövlətinə və təmsilçisi sayıldığı millətinə qarşı yönələn sərsəmləmələrini botlarla birgə bəyənənlərdir".

Bu barədə millət vəkili Sahib Alıyev öz Facebook səhifəsində yazıb. Deputat daha sonra bildirib:

"Yəqin aralarında tanıdıqlarınız da var. Baxın görün, bəlkə, onlarÇingiz Aytmatovun "Əsr qədər uzanan gün" əsərindəki başlarına dəri keçirilənlərdəndirlər. Keçirilən dərilər indi o qədər quruyub ki, ABŞ Konqresinin 60 üzvünün Azərbaycana qarşı təzyiq xarakterli sanksiya tələbinin"siyasi məhbusların azadlığa buraxılması və Ermənistanla sülhün tezləşdirilməsilə bağlı" olduğuna inanırlar.Bununla yanaşı ƏliKərmilininbaşqa bir ağ yalanına da inanırlar ki, "nəinki ABŞ, heç Ermənistan özü də Qarabağı istəmir".

Onun hər bir hərfi alacağı muzda hesablanan cızmaqarasını bəyənən başı dərililər bunu etməzdən öncə ABŞ dövlət katibi Blinkenin o 60 konqresmeninadından özünün özünə yazdırdığı müraciətin mətninə baxsaydılar heç də pis olmazdı: "Azərbaycanın 2020-ci ildə Dağlıq Qarabağa qarşı apardığı ölümcül hücum, Laçın dəhlizinin 10 aylıq blokadası və 2023-cü ilin sentyabrında etnik ermənilərin Dağlıq Qarabağda təmizlənməsi beynəlxalq hüququ kobud şəkildə pozmuş və ciddi humanitar fəlakətlərə səbəb olmuşdur. Davam edən blokada 2023-cü ilin fevral ayında Beynəlxalq Ədalət Məhkəməsinin “Laçın dəhlizi boyunca maneəsiz hərəkəti” təmin etməklə bağlı qərarını da pozdu. Mövcud dəlillərə və beynəlxalq qınaqlara baxmayaraq, Azərbaycan bu etnik təmizləmə və digər hərəkətlərə görə ciddi nəticələrlə üzləşməyib. Bundan başqa, 2023-cü ilin sonuna qədər Azərbaycan Dağlıq Qarabağın bir neçə siyasi liderini və ən azı 23 hərbi əsiri həbs edib; digərləri isə ya saxlanılmamış, ya da qaçırılmış, bəziləri isə Azərbaycan əsgərləri və ya hüquq-mühafizə orqanları tərəfindən məhkəmədən kənar şəkildə qətlə yetirilmişdir".

Yuxarıda gətirilən sitat həmən çirkab dolu hayalətli mürəciətdən götürülmüş sadəcə bir abzasdır. Aydındır ki, bu müraciəti yazdıranlar və altından imza qoyanlar kimi, Əli Kərimli də muzd qarşılığında Saakyan, Harutyunyan, Vardanyan və digərhərbi cinayətkarları "siyasi məhbus"sayır.Və o konqresmenlərin özləri hakimiyyətdə olduğu, Azərbaycan torpaqlarının əldən getdiyi vaxt bizə qarşısanksiya tətbiq etdiklərini "unudub".
Torpaqlarını işğaldan qurtarıb üzərində suverenliyini təmin etdiyinə görə Azərbaycana qarşı hazırda misli görünməmiş informasiya savaşı aparanlarla eyni səngərdə vuruşan Əli Kərimlinin cızmaqaralarını bəyənənlər necə, görəsən fərqindədirlərimi ki, onların bu hərəkəti bizə düşmən kəsilənlərlə birgə təmsiçisi sayıldığı xalqına atəş açan muzdluya güllə daşımaq kimi bir şeydir?

Seçilən
4
2
aznews.az

3Mənbələr