AZ

Naxçıvan Dövlət Energetika Xidmətində COP29-a həsr olunan infosessiya keçirilib

Naxçıvan, 7 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində COP29-a hazırlıq çərçivəsində infosessiya təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, infosessiyada xidmətin əməkdaşları və istismar sahəsi üzrə 17 müəssisənin rəhbərləri iştirak ediblər. İnfosessiya zamanı “COP29-un əhəmiyyəti və qlobal iqlim dəyişiklikləri” mövzusu ətrafında geniş müzakirələr aparılıb.

Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov iqlim dəyişikliyi ilə mübarizə üçün ölkənin strateji planları, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr, eləcə də perspektivlər barədə iştirakçılara məlumat verib.

Xidmətin rəis müavini Tural Murtuzəliyev Naxçıvanda energetika sahəsində yaşıl enerji, bərpaolunan enerji mənbələri və karbon emissiyasının azaldılması istiqamətində görülən işlərdən danışıb, sualları cavablandırıb.

Sonda COP29-dan bəhs edən və xidmətin "Yaşıl enerji"yə keçidlə bağlı hazırladığı videoçarxlar nümayiş olunub.

Seçilən
13
1
azertag.az

2Mənbələr