Bakı. Trend:
07.10.2024-cü il tarixində saat 13:50 radələrində RespublikaTəcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, 8-ciköndələn küçəsində qazanxanada partlayış baş verməsi səbəbiləçağırış daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumatverilib.
Hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.
6 nəfər (3 kişi, 3-ü qadın olmaqla) müxtəlif bədən xəsarətləriilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiyaolunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərinvəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyətiisə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostikmüayinələri aparılır.
Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfərə (qadıncinsli) nevrotik reaksiya diaqnozu ilə yerində yardımgöstərilib.
Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən39 yaşlı şəxs (qadın cinsli) isə ilkin yardımdan sonrahospitalizasiyadan imtina edib.