AZ

ABŞ indi də "Milton"un gəlişinə hazırlaşır: Marketlərin rəfləri boşaldı

ABŞ-ın Florida ştatında gözlənilən "Milton" qasırğası üçün əhali tədbirlər görməyə başlayıb. Tədbirlər çərçivəsində market rəfləri demək olar ki, boşalıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi xəbərdarlıq edib.

Bildirilib ki, "Milton" qasırğası oktyabrın 9-da ştatın qərbindəki Tampa körfəzinə düşə bilər.

Federal Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) Florida direktoru Kevin Guthrie verdiyi açıqlamada ştatın 2017-ci ildə "İrma" qasırğasından sonra ən böyük təxliyə üçün hazırlaşdığını bildirib.

Ştat “Helene”nin geridə qoyduğu ziyanı təmizləməyə davam edərkən, Florida qubernatoru Ron DeSantis ştatın "Milton" qasırğasından ağır zərbə ala biləcəyini qeyd edib.

Seçilən
8
publika.az

1Mənbələr