AZ

Florida sahillərində fırtına xəbərdarlığı edilib

“Milton” qasırğası Meksika körfəzinin cənubunda Saffir-Simpson şkalası üzrə üçüncü kateqoriyaya qədər güclənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Hazırda qasırğa 13 km/saat sürətlə cənub-şərqə doğru irəliləyir.

Onun hüdudları daxilində küləyin maksimal sürəti 54 m/s-ə çatır.

Təbii fəlakətin episentri Proqreso şəhərindən 285 km şimal-qərbdə və Tampadan (Florida) 1210 km cənub-qərbdə yerləşir.

Florida sahillərinin bəzi hissələri üçün fırtına xəbərdarlığı edilib.

Seçilən
19
operativmm.az

1Mənbələr