AZ

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlaması

“X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının Rəhbərliyi adından saxta məlumat yayılmışdır. 

Bununla əlaqədar olaraq, adıçəkilən sosial şəbəkə platformasına məlumatın saxta olduğu bildirilmiş və paylaşımın “X” sosial şəbəkə platforması tərəfindən operativ qaydada silinməsi təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirilən bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni Prezidentin rəsmi veb-saytı və sosial şəbəkə hesabları, həmçinin informasiya agentlikləri vasitəsilə yayımlanır.

1/1
Seçilən
15
49
media.gov.az

10Mənbələr