AZ

Teylor Svift ən zəngin qadın musiqiçilərin reytinqinə başçılıq edir

Məşhur amerikalı müğənni Teylor Svift dünyanın ən zəngin qadın musiqiçisi olub. Bu barədə “Forbes” xəbər verir.

Sviftin sərvəti 1,6 milyard dollar olaraq qiymətləndirilir. Ulduz bunun təxminən 600 milyonunu konsertlərdən və qonorarlardan alır, eyni məbləğ onun musiqi albomlarının dəyəridir, 125 milyon dollar isə daşınmaz əmlaka qoyulan sərmayədir.

Məlumdur ki, 34 yaşlı Teylor 1,4 milyard dollar sərvəti olan məşhur müğənni Riannanı qabaqlaya bilib.

Bu ilin aprelində Teylor ilk dəfə olaraq “Forbes”-in ən zəngin insanlar siyahısına daxil edilib. Artist qadın reytinqdə 14-cü yeri tutub və onun sərvəti 1,1 milyard dollar təşkil edib. O, yalnız mahnı yazıb ifa etməklə özünü dünya milyarderləri siyahısında salan ilk müğənni oldu.

Svift həm də gəliri 2,5 milyard dollara çatan dünyanın bütün musiqiçiləri arasında ikinci yeri tutur. O, həmçinin 14 “Grammy” mükafatının, o cümlədən İlin Albomu kateqoriyasında 4 mükafatın sahibidir. Onun bəstələri “Rolling Stone” və “Billboard”-a görə bütün zamanların ən yaxşı mahnıları və albomları siyahısına daxil edilmişdir.

Almaz Həsənli

Seçilən
33
oxumeni.az

1Mənbələr