AZ

Tibb üzrə Nobel mükafatı mikroRNT kəşf edənlərə verilir

MikroRNT-ni kəşf edən amerikalı alimlər Viktor Ambroz və Qari Ravkan 2024-cü ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazanıblar.

Nobel Komitəsi bu xəbəri bazar ertəsi elan edərək, mükafatın "mikroRNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna" görə verildiyini bildirib.

2023-cü ildə Fiziologiya və Tibb Mükafatı Katalin Kariko və Dryu Vaysmana COVID-19-a qarşı mRNA vaksinlərinin inkişafına səbəb olan tədqiqatlara görə verildi.

Fiziologiya və tibb üzrə Nobel mükafatı 1901-ci ildən verilir. Alfred Nobelin vəsiyyətinə əsasən tibb və fiziologiya üzrə mükafatın laureatını 1810-cu ildə əsası qoyulmuş Stokholmdakı Karolinski İnstitutu müəyyən edir. Nobel Komitəsinin üzvləri məsləhətləşmələr üçün mütəxəssisləri dəvət edə bilərlər.

“Nobel günləri” fiziologiya və tibb üzrə mükafatın verilməsi ilə başladı. Nobel Komitəsi bu həftə fizika, kimya, ədəbiyyat və sülh mükafatı laureatlarının adlarını açıqlayacaq. 1969-cu ildə İsveç Bankı tərəfindən təsis edilmiş İqtisadiyyat Elmləri üzrə Alfred Nobel Mükafatının qalibi gələn bazar ertəsi, oktyabrın 14-də elan olunacaq.

Almaz Həsənli

Seçilən
25
oxumeni.az

1Mənbələr