AZ

Yaxın Şərq ölkələrinə silah embarqosunun mümkünsüz olduğunu açıqladı

Avropa İttifaqı Yaxın Şərq ölkələrinə silah embarqosu tətbiq edə bilməz, çünki bu məsələ Aİ-yə üzv ölkələrin milli orqanlarının səlahiyyətindədir.

Editor.az-ın məlumatına görə, bu barədə Aİ-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi Piter Stano Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“Avropa İttifaqının silah ticarəti sahəsində heç bir səlahiyyəti yoxdur, bu məsələyə üzv dövlətlər qərar verir”, – o deyib.

Ötən gün Livanın Rusiyadakı səfiri Şavki Bu Nassar Rusiya Federasiyasının Livan-İsrail sərhədində atəşkəs üçün fəal işindən danışıb. Sentyabrın 23-də İsrail Livanda “Şimal oxları” kod adlı “önləyici zərbə əməliyyatı”na başladığını elan edib. Ölkənin Müdafiə Qüvvələri bildirir ki, onun hədəfi Livan şiə qruplaşmasının son 20 ildə inşa etdiyi Hizbullah infrastrukturudur. Ötən həftə İsrail Hərbi Hava Qüvvələri hərəkatın Beyrutdakı ofis və qərargahına, şiə milislərin qaz anbarına və Livan-Suriya sərhədindəki tunelə raket zərbələri endirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr