AZ

IRENA Bakıda Pre-COP-da “COP28-dən sonra BEM üzrə irəliləyiş” barədə hesabat təqdim edəcək

Bakı. Trend:

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Bakıdakeçiriləcək Pre-COP29-da 2030-cu ilə qədər dünya üzrə Bərpa olunanenerji mənbələrinin (BEM) güclərinin 3 dəfə və enerjisəmərəliliyinin 2 dəfə artırılması üzrə işlərin gedişi barədə rəsmihesabat təqdim etməyi planlaşdırır.

Trend xəbər verir ki, bubarədə IRENA "X" sosial şəbəkəsində məlumat yayıb.

"BƏƏ-də COP28-də əldə edilmiş enerji hədəflərinə nail olmaqdairəliləyişin izlənməsinə cavabdeh olan IRENA və tərəfdaşlarıPre-COP29-da Bakıda bərpa olunan enerji güclərinin 3 dəfəartırılması və enerji səmərəliliyinin 2 dəfə artırılması üzrəişlərin gedişi barədə rəsmi hesabat təqdim edəcək", - məlumatdaqeyd olunub.

Qeyd edək ki, Bakıda oktyabrın 10-11-də Pre-COP29 baş tutacaq,noyabrın 11-22-də isə BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)keçiriləcək.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr