AZ

Evində“Kalaşnikov” avtomatı saxlayan Qazax sakini saxlanılıb

Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb.

Herbiand.az DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Qazax RPŞ-nin keçirdiyi tədbirlərlə odlu silah saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 44 yaşlı Namiq Abbasov saxlanılıb.

Onun yaşadığı ünvandan marixuana, eləcə də  “Kalaşnikov” avtomatı, daraq və patronlar aşkarlanıb. Saxlanılan şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 


Seçilən
0
17
herbiand.az

10Mənbələr