AZ

Hizbullah Hayfanın şimalına kütləvi raket hücumu təşkil etdiyini açıqlayıb

Hizbullah döyüşçüləri İsrailin Hayfa şəhərinin şimal hissəsinə böyük raket zərbəsi endirib.

Bu barədə bazar ertəsi, oktyabrın 7-də Livan şiə hərəkatının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

İslam müqaviməti döyüşçüləri bu gün saat 12:40-da Hayfa şəhərinin şimalına geniş raket hücumu həyata keçirib.

Daha əvvəl bildirilmişdi ki, Hayfaya raket hücumu nəticəsində biri uşaq olmaqla iki nəfər yaralanıb.

Mənbə TASS

Seçilən
6
dogru.az

1Mənbələr