AZ

Yevlaxda vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edildi

Bakı. Trend:

"Lalə-Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindənişçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaşmüraciətləri əsasında Yevlax rayon prokurorluğunda araşdırmaaparılıb.

Bu barədə Trend-ə Yexlaxrayon prokurorluğundan məlumat verilib.

Bildirilir ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxstərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əməkmüqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsintikiş fabrikində müvafiq olaraq dərzi və sürücü kimi işlərin yerinəyetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda MMC barəsində İnzibatiXətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqiqüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansıişlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsiilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçünaidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqişəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Məqalədə:
Seçilən
14
49
az.trend.az

10Mənbələr