Yerdəki maqnit qasırğası sona çatdı. Bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün Telegram kanalında məlumat yayıb.
Leusun sözlərinə görə, bu, Moskva vaxtı ilə səhər saat 9-dan sonra baş verib.
"Hazırda geomaqnit sahəsinin pozulma səviyyəsini əks etdirən Kp indeksinin dəyəri 3 vahidi bir qədər ötür ki, bu da Yerin maqnitosferində zəif pozulmuş və qeyri-sabit diapazonda dalğalanmalar deməkdir", - sinoptik qeyd edib.
Tural