AZ

Narışkin: "Onlar Kursk Atom Elektrik Stansiyasını minalamağı planlaşdırırdı"

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində törətdiyi terror aktı planına Kursk Atom Elektrik Stansiyasının (AES) ələ keçirilməsi və minalanması da daxildir. Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Narışkin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasında çıxışı zamanı bildirib ki, xüsusi xidmət orqanlarında Kurçatovdakı atom elektrik stansiyasının Ukrayna Silahlı Qüvvələrinin ələ keçirilməsi planı barədə məlumat var.

O vurğulayıb ki, Kiyev onu ələ keçirə bilsə, Avropa Çernobılla müqayisə oluna biləcək ekoloji və humanitar fəlakətlə üzləşəcək.

Həmçinin Narışkinin sözlərinə görə, Qərb kəşfiyyat xidmətləri Ukraynanın təxribat-kəşfiyyat qruplarını Rusiyanın bir sıra atom elektrik stansiyalarında təxribatlar üçün hazırlayırmış.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
12
news365.az

1Mənbələr