AZ

Kanaldan tapılan meyitin şəxsiyyəti məlum oldu

Samur-Abşeron kanalının Xızı rayonunun Yaşma kəndi yaxınlığından keçən hissəsində 30 sentyabr tarixində tapılan kişi meyitinin itkin düşən gəncə məxsus olduğu məlum olub.

News24.az bildirir ki, Shimal.News-un əldə etdiyi məlumata əsasən, kanalda tapılan meyit sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikova məxsusdur. Bunu keçirilən DNT analizi təsdiqləyib. Meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Və Sənaye Universitetinin sonuncu kurs tələbəsi olan M.Məlikovun onlayn oyunlara qurşandığı, bu səbəbdən özünü Samur-Abşeron kanalına atdığı iddia edilirdi.


Seçilən
5
3
news24.az

4Mənbələr