AZ

Dünyanın ən kiçik Rubik kubu istehsal edildi – 5,3 min dollara satılır


Yaponiyanın oyuncaq istehsalçısı “MegaHouse” dünyanın ən kiçik miniatür Rubik kubunu təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.  
Alüminiumdan hazırlanmış kubun ölçüsü 5 millimetr, çəkisi isə 0,3 qramdır. Bununla da miniatür model britaniyalı pazl dizayneri Toni Fişerin 2016-cı ildə 5,6 millimetrlik versiya ilə vurduğu rekordu geridə qoyub.
Miniatür məhsulu yaratmaq şirkətə dörd ilə başa gəlib. Ginnesin Rekordlar Kitabı “MegaHouse”un məhsulunu avqust ayında dünyanın ən kiçik Rubik kubu kimi təsdiqləyib.
Artıq keçən cümə axşamından istehsalçının saytında miniatür kublara sifarişlər qəbul olunmağa başlayıb. Sifarişlərin çatdırılması isə gələn ilin aprel ayı üçün nəzərdə tutulub.
Miniatür Rubik kubları 777 777 yenə (5 320 dollara) satılır və hər birinin üzərində “Dünyanın ən kiçik Rubik kubu” yazılmış lövhə var.
Seçilən
27
2
yeniavaz.com

3Mənbələr