AZ

Kanaldan meyit tapıldı - Sabah ailəsinə təhvil veriləcək

Samur-Abşeron kanalının Xızı rayonunun Yaşma kəndi yaxınlığından keçən hissəsində tapılan kişi meyitinin itkin düşən gəncə məxsus olduğu məlum olub.

Yenisabah.az shimal.news-a istinadla xəbər verir ki, bu, sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikovdur. Bunu keçirilən DNT analizi təsdiqləyib.

Meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək. vakansiya

Azərbaycan Dövlət Neft Və Sənaye Universitetinin sonuncu kurs tələbəsi olan M.Məlikovun onlayn oyunlara qurşandığı, bu səbəbdən özünü Samur-Abşeron kanalına atdığı iddia edilirdi.


Telegram kanalımız
Seçilən
8
3
yenisabah.az

4Mənbələr